Azərbaycan.media xəbər verir ki, Moskva şəhərinin mərkəzində yerləşən səkkiz mərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə paytaxtın Presnenskiy Val küçəsində qeydə alınıb.
Yanğın nəticəsində üçü uşaq olmaqla 8 nəfər xəsarət alıb. Həmçinin 38 nəfərin binadan təxliyə edildiyi bildirilib.
