Azərbaycan.media xəbər verir ki, Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib. Hadisə 6-cı məhəllə və Hacıniyyət kəndini içməli su ilə təmin edən xəttdə qeydə alınıb.
Qəzanın aradan qaldırılması ilə əlaqədar bu ərazilərdə içməli suyun verilişi bu gün saat 23:00-dan etibarən müvəqqəti dayandırılacaq.
Təmir-bərpa işləri başa çatdıqdan sonra içməli suyun verilməsi bərpa olunacaq.
