Azərbaycan.media xəbər verir ki, AK Parti Ümumi Başkan Yardımcısı Faruk Acar sosial media hesabından Prezident Rəcəb Tayyib Ərdoğanın Mihalgazi Bələdiyyə Başçısı Zeynep Güneş ilə görüşünə dair paylaşım edib.
Paylaşımda qeyd olunub ki, Ərdoğan MYK toplantısı zamanı Güneş ilə telefon danışığı edib və bildirib:
“Çərşənbə günü 100 xanımla qrup toplantımıza gəlirsən. Bembəyaz gəlirsən, amma sən artıq ağsan. İndi inqilabi bir dönüş etmisən. Baksana nə deyir? ‘Şu sivil anayasayı gətirin də bizi bu işlərdən qurtarın’ deyir. Qızım, darbe anayasasından qurtarmaq üçün biz əlimizdən gələni edirik. Hal-hazırda da üzərində işləyirik. İnşallah bunu da bacaracağıq. Amma bunu tabii ki, Mihalgazi başarmış olacaq. Birlikdə, inşallah. MYK toplantısındayıq, bütün dostların salamları var. Hamısı dualıdır.”
Faruk Acar paylaşımında əlavə edib:
“MYK toplantımızda baş tutan telefon danışığının digər ucunda Mihalgazi Bələdiyyə Başçımız Zeynep Güneş var. Üslubu, səmimiyyəti və dik duruşu ilə belə bir liderimiz olduğu müddətcə Türkiyəmizin sırtı yerə gəlməz.”
