Azərbaycan.media xəbər verir ki, son dövrlər Türkiyəyə səfər edən iranlıların sayında ciddi azalma müşahidə olunur.
Bu barədə AFP xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, İran milli valyutasının kəskin şəkildə ucuzlaşması iranlıların Türkiyəyə səyahətdən imtina etməsinin əsas səbəbi hesab olunur.
Məlumata görə, valyuta dəyərsizləşməsi nəticəsində iranlıların böyük bir qismi üçün xaricə səfər, alış-veriş, eləcə də Türkiyədə nisbətən ucuz otellərdə qısamüddətli qalmaq belə artıq əlçatmaz olub. Nəticədə İran vətəndaşlarının Türkiyəyə turist axınında əhəmiyyətli geriləmə yaranıb.
