Azərbaycan.media xəbər verir ki, Bakıda 206 nömrəli şəhərətrafı müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, yeni avtobuslarla marşrut xəttinin istismarı fevralın 12-dən etibarən həyata keçiriləcək.
Metronun “Elmlər Akademiyası” stansiyasını Lökbatan qəsəbəsi ilə əlaqələndirən 206 nömrəli marşrut üzrə 10 müasir avtobus 12 dəqiqəlik hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.
Qeyd olunub ki, avtobuslarda ödənişlər yalnız nağdsız qaydada aparılacaq. Marşrut üzrə gedişhaqqı 0,60 manat müəyyən edilib.
Oxundu: 5
