🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanın çiyələk idxalı kəskin artıb – həcmlər 7 dəfə yüksəlib

Azərbaycan.media xəbər verir ki, ötən ilin ilk 11 ayında Azərbaycan 140,67 min ABŞ dolları dəyərində 122,45 ton təzə çiyələk və bağ çiyələyi idxal edib.

 Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3 dəfə, kəmiyyət baxımından isə 7 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 121,64 min ABŞ dolları dəyərində 117 ton çiyələk idxal edib. Qeyd olunur ki, ötən ilin eyni dövründə bu ölkədən tədarük olmayıb. Misirdən 10,21 min ABŞ dolları dəyərində 2 ton, Türkiyədən 6,52 min ABŞ dolları dəyərində 2,61 ton, İrandan 1,97 min ABŞ dolları dəyərində 0,79 ton, ABŞ-dən isə 0,33 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alınıb.

Türkiyədən idxal olunan çiyələyin dəyər ifadəsində əvvəlki ilə nisbətən 85 % azaldığı, həcminin isə eyni nisbətdə gerilədiyi bildirilir. İrandan idxalın dəyəri 1,5 % azalsa da, həcmi 7 % artıb.

Qeyd edək ki, son 14 ildə ilk dəfə olaraq Azərbaycana ABŞ-dən çiyələk tədarükü həyata keçirilib. Rəsmi statistikaya əsasən, 2024-cü ildə ölkəyə idxal olunan 24,5 ton çiyələyin 94,7 %-i Türkiyənin payına düşüb.