🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ vitse-prezidenti: İlham Əliyev və Nikol Paşinyanla yaxşı münasibətlərimiz var

Azərbaycan.media xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla yaxşı münasibətlərinin olduğunu bildirib.

Vens bunu Ermənistandan Azərbaycana səfərə yola düşməzdən əvvəl açıqlayıb.

“Həm Baş nazir, həm də Azərbaycan Prezidenti İlham Əliyevlə çox yaxşı münasibətlərimiz var. Dünən Baş nazirin çıxışını eşitdim. Bir neçə ay əvvəlki vəziyyətlə müqayisədə indiki durumu nəzərə alsaq, o, sülh müqaviləsi ilə bağlı nikbindir. Həm azərbaycanlılar, həm də ermənilərlə məhsuldar və uğurlu əməkdaşlığımız davam edəcək”, – ABŞ vitse-prezidenti qeyd edib.