🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Nepalda avtobus qəzası: 12 nəfər həyatını itirib

Azərbaycan.media xəbər verir ki, Nepalda sərnişin avtobusu təxminən 50 metr hündürlükdən Tamakoşi çayına aşıb.

Hadisə nəticəsində 12 nəfər ölüb. Xilasedicilər çaydan 6 nəfərin cəsədini çıxarıb, daha 6 zərərçəkən isə xəstəxanada dünyasını dəyişib.

Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.