Azərbaycan.media xəbər verir ki, fevralın 9-da Sumqayıt şəhərində Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, filologiya elmləri doktoru Elnarə Akimova vətəndaş qəbulu keçirib.
Görüş Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ceyhun Məmmədovla birlikdə təşkil olunub və 2026-cı ilin fevral ayı üçün nəzərdə tutulan birinci qəbul günü çərçivəsində reallaşıb.
Qəbul zamanı vətəndaşlar sosial və məişət xarakterli məsələlərlə bağlı müraciətlərini deputata çatdırıblar. Müraciətlər diqqətlə dinlənilib və ayrı-ayrı məsələlər üzrə müvafiq izahatlar verilib.
Deputat Elnarə Akimova bildirib ki, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılacaq və qaldırılan problemlərin həlli mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, səlahiyyətləri çərçivəsində aidiyyəti qurumlarla birlikdə təmin ediləcək. O, vətəndaşlarla birbaşa ünsiyyətin onların problemlərinin operativ və effektiv həllində mühüm rol oynadığını vurğulayıb.
.jpeg)

.jpeg)

.jpeg)
.jpeg)
Azərbaycan.media
