Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 10-u saat 14:00-a ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.
Bakıda və Abşeron yarımadasında, həmçinin Daşkəsən, Şirvan, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, İmişli, Hacıqabul, Sabirabad, Qax (Sarıbaş), Şəki (Kişçay), Salyan, Şamaxı, Qobustan, Xızı, Quba, Qusar, Xaltan, Şabran, Neftçala, Beyləqan, Qəbələ, Şahdağ, Yardımlı, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Ağdam, Lerik, Lənkəran, Astara, Gəncə, Naftalan, Şəmkir, İsmayıllı, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Sədərək, Xocalı, Füzuli, Ağcabədi, Goranboy, Oğuz, Bərdə rayonlarında yağıntı müşahidə olunur. Qar yağır, bəzi ərazilərdə isə yağış yağıb.
Ölkədə şimal-qərb küləyi əsir; maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27 m/s, Şirvanda 21 m/s, Salyanda isə 18 m/s-ə çatır.
