Azərbaycan.media xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsinin vacibliyini bəyan edib. Bu barədə o, silahlı qüvvələrin təchizatı və ölkənin hərbi-sənaye kompleksinin inkişafı məsələlərinə həsr olunmuş müşavirədə danışıb, məlumatı “Report” BELTA-ya istinadən yayıb.
Lukaşenkonun sözlərinə görə, müasir reallıqlarda yalnız öz hərbi təhlükəsizliyini təmin edə bilən dövlət suveren sayılır. O, müdafiə qabiliyyətinin gücləndirilməsinin qonşu ölkələrin siyasəti ilə şərtləndiyini qeyd edib.
“İstəsək də, istəməsək də, mən Belarus xalqını bu barədə çoxdan xəbərdar etmişəm. Biz müdafiə qabiliyyətimizi gücləndirməliyik. Belarus sərhədlərində, xüsusilə Polşa tərəfindən hərbi fəallığın artırılması narahatlıq doğurur. Biz bunun təsadüf olmadığını başa düşürük. İnsanlar pulu tanklara və döyüş sursatlarına elə-belə xərcləmirlər”, – prezident vurğulayıb.
