Azərbaycan.media xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Patent haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb və qəbul edilib.
Layihəyə əsasən, insanın klonlaşdırılması üsulları və onun klonu, insan rüşeyminin hüceyrələrinin genetik tamlığının modifikasiyası üsulları, həmçinin insan embrionlarının sənaye məqsədləri üçün istifadəsi patent obyektləri kimi tanınmayacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Oxundu: 12
