Azərbaycan.media xəbər verir ki, Xalq şairi Nəriman Həsənzadənin müalicəsi Mərkəzi Klinik Xəstəxanasında davam edir.
Bu barədə Azərbaycan.media saytına şairin köməkçisi Arif Mehmandost məlumat verib. Onun sözlərinə görə, Nəriman Həsənzadənin səhhəti stabildir və hazırda palata şəraitində müalicə alır.
“Nəriman Həsənzadənin səhhəti normaldır. Müalicəsi həkimlərin nəzarəti altında davam edir”, – deyə Arif Mehmandost bildirib.
Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadənin 94 yaşı var. O, böyrək çatışmazlığından əziyyət çəkir.
