🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Zelenski: Ukrayna sülh sazişi üzrə ABŞ-la işi davam etdirməyə hazırdır

Azərbaycan.media xəbər verir ki, Ukrayna ABŞ ilə daimi təmasdadır və sülh sazişi üzrə işin davam etdiriləcəyini gözləyir. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında açıqlama verib.

Prezident bildirib ki, ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə keçirilən görüşlərin nəticələri barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov tərəfindən ona məruzə təqdim olunub.

Volodimir Zelenski vurğulayıb ki, Vaşinqtonla əlaqələr fasiləsiz davam edir və rəsmi Kiyev bu prosesdə tam əməkdaşlıq nümayiş etdirir:
“Biz Amerika ilə daimi təmasdayıq və işin davamını gözləyirik. Hiss edirik ki, ABŞ yekun razılaşmaya nail olmaq istəyir və bizim tərəfdən tam əməkdaşlıq var. Ukrayna heç vaxt sülhə maneə olmayıb və olmayacaq”, – deyə dövlət başçısı qeyd edib.