Balakişi Qasımov Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçildi

Azərbaycan.media xəbər verir ki, Balakişi Qasımov yenidən Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) prezidenti seçilib.

Federasiyanın ümumi yığıncağı Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilib və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən nazir Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Yığıncaq mərhum vitse-prezident Fərhad Kasimovun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib. AQF-nin baş katibi Vasif Məmmədov isə 2022-2025-ci illər ərzində federasiyanın fəaliyyəti, görülən işlər və əldə olunan uğurlar barədə məlumat verib.

Sonra keçirilən seçkilərdə Balakişi Qasımov növbəti 4 il müddətinə federasiyanın prezidenti, Fikrət Zeynalov vitse-prezidenti, Vasif Məmmədov baş katibi seçiliblər. İcraiyyə Komitəsinə Fikrət Zeynalov, Vasif Məmmədov, Sadıq Sadıqov və Adilə Əhmədova üzv seçiliblər.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə B.Qasımovu yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Sonda Balakişi Qasımov göstərilən etimada görə təşəkkürünü bildirib.