🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Fiziki şəxslərin idxalı artıb, ixracı azalıb

Azərbaycan.media  xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr aylarında fiziki şəxslər Azərbaycana 1,607 milyard ABŞ dolları dəyərində mal idxal edib, bu ötən ilin eyni dövrü ilə müqayisədə 11.4% çoxdur və ölkə idxalının 9.58%-ni təşkil edir. Eyni müddətdə fiziki şəxslərin ixracı 86.8 milyon ABŞ dolları olub və 9.6% azalıb, ümumi ixracın 0,47%-ni təşkil edir. Ümumilikdə, ölkənin ixracı 18.6 milyard, idxalı isə 16.8 milyard ABŞ dollarıdır.

Qeyd edək ki, vətəndaşların şəxsi məqsədlər üçün xaricdən sifariş etdiyi bağlamaların gömrük rüsumu 2020-ci ildən 1,000 ABŞ dollarından 300 ABŞ dollarına endirilib.