Azərbaycan.media xəbər verir ki, mayın 18-də Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Bakıda açılış mərasimi keçirilib.
Tədbirdə İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Mərasim zamanı Prezident İlham Əliyev və UN-Habitat-nın icraçı direktoru Anaklaudia Rossbax sessiyada iştirak edən dövlət və hökumət başçılarını, eləcə də nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar.
Qarşılanma mərasimindən sonra iştirakçılar birgə foto çəkdiriblər. Daha sonra WUF13-ün açılışına həsr olunmuş videoçarx nümayiş etdirilib və mədəni proqram təqdim olunub.
Dövlət başçısı tədbirdə çıxış edib.
Tədbirdə həmçinin Antonio Quterreş və Annalena Berbok tərəfindən videomüraciətlər təqdim olunub.
Bununla yanaşı, UN-Habitat Assambleyasının prezidenti Nqa Kor Minq və qurumun icraçı direktoru Anaklaudia Rossbax çıxış ediblər.
Məlumatı axar.az� yayıb.
