Azərbaycan.media xəbər verir ki, son 24 saat ərzində qlobal kriptovalyuta bazarında əsas rəqəmsal aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb.
“CoinMarketCap” məlumatlarına istinadən bildirilir ki, Bitcoin 1,48% azalaraq 76 992 ABŞ dollarına düşüb. Eyni zamanda Ethereum 2,96% ucuzlaşaraq 2 123 dollar səviyyəsində qərarlaşıb, BNB isə 1,88% enərək 642 dollara geriləyib.
Digər iri kriptovalyutalarda da azalma müşahidə olunub. XRP 1,75% azalaraq 1,39 dollar, Solana 1,99% geriləyərək 85,22 dollar, Dogecoin isə 3,04% enərək 0,1066 dollar səviyyəsinə düşüb.
Bununla yanaşı, bəzi aktivlərdə artım qeydə alınıb. TRON 0,67% artaraq 0,3564 dollara yüksəlib, Hyperliquid isə 7,26% bahalaşaraq 45,65 dollar olub.
Qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması da 1,63% azalaraq 2,56 trilyon dollara enib.
