Azərbaycan.media xəbər verir ki, qlobal şəhərsalma gündəliyinin gələcək istiqamətlərinin Azərbaycanda formalaşdırıldığı bildirilib.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, iqlim dəyişikliklərinin təsirləri və hava şəraitinin dəyişkənliyinə baxmayaraq, WUF13 genişmiqyaslı mətbuat konfransı ilə start götürüb və tədbir böyük iştirakçı sayı ilə yadda qalır.
Hacıyevin sözlərinə görə, 40 mindən çox iştirakçının qatıldığı bu tədbir WUF tarixinin ən böyük forumu hesab olunur və şəhərsalma sahəsində qlobal müzakirələrə ev sahibliyi edir.
Oxundu: 6
