Azərbaycan.media xəbər verir ki, Çinin cənubunda yerləşən Quançjou rayonunda 5,2 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Xinhua News Agency məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar nəticəsində iki nəfər həyatını itirib, bir nəfər isə itkin düşmüş hesab olunur.
Hadisə zamanı xəsarət alanların da olduğu bildirilir. Hazırda bölgədə axtarış-xilasetmə işləri davam etdirilir.
