🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ və İsrailin İrana hücumları fonunda 6500 nəfər saxlanılıb – İran polisi

Azərbaycan.media xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı hücumlarının başladığı gündən bu yana ölkənin müxtəlif bölgələrində ümumilikdə təxminən 6500 nəfər saxlanılıb.
Bu barədə İran polis qüvvələrinin baş komandanı Əhmədrza Radan məlumat verib.
Onun sözlərinə görə, saxlanılan şəxslərdən bir qismi casusluqda ittiham olunur.
Radan əlavə edib ki, ümumilikdə 567 nəfər barəsində “fitnə, cinayətkar qruplar və əks-inqilabçı təşkilatlarla əməkdaşlıq” ittihamları üzrə cinayət işi açılıb.
Qeyd edək ki, gərginlik fonunda İran daxilində təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisələr ABŞ və İsrail ilə artan qarşıdurma şəraitində davam edir.
Məlumatı Axar.az yayıb.