Azərbaycan.media xəbər verir ki, Belarusun Silahlı Qüvvələri Rusiya bölmələri ilə birgə nüvə silahlarının çatdırılması və istifadəyə hazırlanması üzrə planlı hərbi təlimlərə başlayıb.
Məlumatı Belarus Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, təlimlərdə Belarusun Raket Qüvvələri və hərbi aviasiya bölmələri iştirak edir.
Qeyd olunub ki, nüvə silahları üzrə keçirilən bu təlimlər əvvəlcədən planlaşdırılıb və hər hansı üçüncü ölkəyə qarşı yönəlməyib. Təlimlər Russia hərbi bölmələri ilə koordinasiyalı şəkildə həyata keçirilir.
