🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Lukas Skott: Kreml güzəştə getmədiyi üçün müharibənin uzun sürəcəyi gözlənilir

Azərbaycan.media xəbər verir ki, Putinin müharibənin tezliklə başa çatacağı ilə bağlı açıqlamalarına baxmayaraq, Rusiya və Ukrayna arasında münaqişənin yaxın zamanda yekunlaşacağı real görünmür.

Bu fikirləri Lukas Skott bildirib.

Onun sözlərinə görə, Vladimir Putin-in mediada geniş müzakirə olunan sülh və ya yaxın gələcəkdə müharibənin bitməsi ilə bağlı mesajları çıxışın əsas məğzini təşkil etmir və Kreml mövqeyində ciddi dəyişiklik görünmür.

Skott qeyd edib ki, çıxışın sonunda səslənən müharibənin bitməsi ilə bağlı ifadələr 45 dəqiqəlik nitqin əsas hissəsi deyil və bu, ictimai rəyə yanlış təəssürat yarada bilər.

O həmçinin vurğulayıb ki, Rusiyada müharibənin başa çatmasını istəyənlərin sayı artır və bu da belə açıqlamaların daha çox siyasi və ictimai reaksiya doğurduğunu göstərir.

Qeyd edək ki, Volodymyr Zelenskyy ilə bağlı mövzuya toxunan Putin onunla həm Moskvada, həm də üçüncü ölkədə görüşə hazır olduğunu bildirib, lakin bunun yalnız mümkün razılaşmanın imzalanması çərçivəsində baş tuta biləcəyini qeyd edib.

Moskva tərəfi ABŞ-ın münaqişənin həlli istiqamətində səy göstərdiyini desə də, Kremlin fikrincə əsas danışıqlar tərəflər arasında aparılmalıdır.