Azərbaycan.media xəbər verir ki, Tehran birjası 80 günlük fasilədən sonra sabah yenidən fəaliyyətə başlayacaq.
Birjanın açılması ilə bağlı bir neçə həftə davam edən hazırlıq iclaslarından sonra ticarət prosesinin bərpası qərara alınıb.
Məlumata əsasən, birja ilkin mərhələdə 42 birja simvolu açılmadan fəaliyyət göstərəcək. Həmin simvollar əsasən əsas metallar, dəniz nəqliyyatı və kimya sektorlarını əhatə edir.
Bildirilir ki, bu sahələrdə fəaliyyət göstərən bəzi müəssisələr, o cümlədən polad, neft-kimya və əczaçılıq şirkətləri son müharibə dövründə zərər görüb.
Birja rəsmiləri bazarın sabitliyinin qorunması üçün dəstək siyasətlərinin tətbiq ediləcəyini açıqlayıblar. Qeyd olunub ki, hazırda bağlı qalan digər birja simvolları da mərhələli şəkildə yenidən ticarətə buraxılacaq.