🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Türkiyədə III Beynəlxalq Türk Dünyası Strateji Araşdırmalar Konqresi keçirilib

Azərbaycan.media xəbər verir ki, 15-17 may 2026-cı il tarixlərində Türkiyədə Marmara Universiteti Siyasi Elmlər FakültəsiTürk Dünyası Yörük Türkmən Birliyinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, TİKA, YTB, Türk AkademiyasıTürk Dünyası Bələdiyyələr Birliyinin dəstəyi ilə “Türk Dostluğu Əsaslı Əməkdaşlıq: Tarixdən Gələcəyə Beynəlxalq Münasibətlərin Perspektivləri” mövzusunda III Beynəlxalq Türk Dünyası Strateji Araşdırmalar Konqresi keçirilib.Konqresdə AR Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun əməkdaşları da iştirak ediblər. “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva “Türk dövlətlərinin dünyaya inteqrasiyası və dayanıqlı inkişaf: sosial sahibkarlıq modeli” mövzusunda məruzə ilə çıxış edib.İnstitutun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin müdiri, iqtisad elmləri doktoru Allahyar Muradov isə “Türk dövlətlərinin inkişaf etmiş ölkələrlə iqtisadi əlaqələrinin innovativ inkişafa təsiri: çətinliklər və imkanlar” mövzusunda təqdimat edib. Konqresdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Yaponiya, Almaniya, Hindistan, Cənubi Koreya, ABŞ, Kanada, İtaliya və digər ölkələrdən 100-ə yaxın alim və tədqiqatçı iştirak edib.

Mənbə: Azərbaycan.media