🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir

Azərbaycan.media xəbər verir ki, ölkə ərazisinin əksər bölgələrində yağıntılı və qeyri-sabit hava şəraiti müşahidə olunur.
Bu barədə meteo.az məlumat yayıb.
Məlumata görə, bəzi ərazilərdə yağıntılar intensiv xarakter alıb, Şahdağda isə arabir qar yağdığı qeydə alınıb.
Belə ki, Zaqatala, Qaxın Sarıbaş kəndi, Balakən, Xızı, Qrız, Xınalıq, Qəbələ, Qobustan, Qusarın Laza kəndi, Quba, Xaltan, Xaçmaz, Şahbuz, Gədəbəy, Gəncə, Göygöl, Tovuz, Ağstafa, Mingəçevir, Biləsuvar, Lənkəran, Astara, Lerik və Yardımlıda arabir şimşək çaxır, yağış yağır.
Bildirilib ki, mayın 16-da saat 12:53-12:58 radələrində Şuşa şəhərinə diametri 10-13 mm, saat 14:12-14:16 radələrində isə Laçın rayonunun Minkənd və Qalaça kəndlərinə diametri 8-10 mm olan dolu düşüb.
Hazırda şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda, Abşeron yarımadasında və Mingəçevirdə 18 m/s-dək güclənib.