🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İsrail Livan sərhədinə yaxın ərazini qapalı hərbi zona elan etdi

Azərbaycan.media xəbər verir ki, İsrail ordusu Livan sərhədinə yaxın sahil ərazilərini qapalı hərbi zona elan edib.
Bu barədə idf.il məlumat yayıb.
Bildirilib ki, vəziyyətin qiymətləndirilməsindən sonra Roş Hanikra ərazisi və Açziv sahilində qapalı hərbi zona rejimi tətbiq olunub.
“Dünən saat 21:20-dən etibarən Roş Hanikra ərazisində və Açziv sahilində qapalı hərbi zona elan edilib. Bu zonaya giriş qəti şəkildə qadağandır. İsrail Müdafiə Qüvvələri ərazini müdafiə etməyə hazırdır”, – məlumatda qeyd olunub.