Azərbaycan.media xəbər verir ki, Livan və İsrail arasında təhlükəsizlik sahəsində mümkün uzunmüddətli razılaşma ilə bağlı müzakirələr Vaşinqton şəhərində davam edir.
Bu barədə ABŞ Dövlət Departamentindəki mənbə “Əl-Hadath” telekanalına açıqlamasında bildirib.
Mənbənin sözlərinə görə, tərəflər danışıqlarda mühüm irəliləyiş əldə ediblər.
Qeyd olunub ki, İsrail qoşunlarının Livan ərazilərindən çıxarılması məsələsi birbaşa Hizbullah tərəfindən yaranan təhlükənin aradan qaldırılması ilə əlaqələndirilir.
