Azərbaycan.media xəbər verir ki, Azərbaycan Prezidenti Ilham Aliyev və Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlər mayın 15-də Türk Sivilizasiyası Mərkəzinin onlayn təməlqoyma mərasimində iştirak ediblər.
Publika.az� xəbər verir ki, dövlət başçılarına mərkəz barədə ətraflı məlumat təqdim olunub.
Bildirilib ki, layihə türk xalqlarının zəngin tarixi, mədəni və mənəvi irsinin qorunması, öyrənilməsi və təbliği məqsədi daşıyır. Ən müasir standartlara uyğun inşa ediləcək mərkəzin əsas ideyası türk sivilizasiyasının dünya tarixində özünəməxsus yeri, dərin fəlsəfəsi və güclü dövlətçilik ənənələrinə malik böyük bir sivilizasiya olduğunu nümayiş etdirməkdir.
Daha sonra “GovTech” rəqəmsal həllərinin təqdimatı keçirilib. Tədbirdə Qazaxıstanda süni intellektin inkişafı istiqamətində həyata keçirilən layihələr barədə qonaqlara məlumat verilib. Həmçinin qeyd olunub ki, türk dövlətləri arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur.
