🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Əli Əsədov ezamiyyə xərcləri ilə bağlı qərarı dəyişdi

Azərbaycan.media xəbər verir ki, Nazirlər Kabineti (NK) “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il tarixli qərarında dəyişiklik edib.
Modern.az⁠� xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, ölkə Prezidenti, Birinci xanım və Birinci vitse-prezidentin iştirakı ilə keçirilən ölkədaxili səfərlər zamanı protokol tədbirlərinin təşkilini təmin edən Prezidentin Protokol Xidməti əməkdaşlarının mehmanxana xərcləri təqdim olunmuş təsdiqedici sənədlər əsasında faktiki xərclərə uyğun şəkildə ödəniləcək.