Azərbaycan.media xəbər verir ki, bu gün Azərişıq ASC tərəfindən Biləsuvar rayonunun bəzi ərazilərində planlı təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Məlumata görə, mayın 16-da Biləsuvar Elektrik Şəbəkəsinin ərazisində yerləşən 110/35/10 kV-luq “Biləsuvar” yarımstansiyasından çıxan 10 kV-luq 6 və 11 saylı hava xətlərində təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 10:00-dan 13:00-dək şəhər ərazisində Mübariz İbrahimov, Səməd Vurğun, Mirzə Ələkbər Sabir, Azadlıq və Tofiq İsmayılov küçələrində, həmçinin rayonun Bəydili və Aşağı Cürəli kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Qeyd edilib ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
