Azərbaycan.media xəbər verir ki, Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) həmin istiqamətdə uçuşları təxirə salınıb.
Bu barədə azal.az məlumat yayıb.
Bildirilib ki, sərnişinlərin təhlükəsizliyi aviaşirkət üçün əsas prioritet olaraq qalır və bununla əlaqədar bütün zəruri tədbirlər həyata keçirilir.
“Hava şəraiti stabilləşdikdən sonra reyslər əvvəlki qaydada icra edilməyə davam edəcək”, – məlumatda qeyd olunub.
