Azərbaycanın Xalq artisti, estrada səhnəsinin sevilən simalarından olan Brilliant Dadaşova yeni musiqi layihəsini dinləyicilərinə təqdim edib.
Azərbaycan.media xəbər verir ki, sənətçinin “Evim-eşiyim” adlı yeni əsəri rəsmi “YouTube” kanalında yayımlanıb. Yeni mahnı qısa zamanda sosial şəbəkələrdə və musiqi platformalarında maraqla qarşılanıb.
Qeyd edək ki, Brilliant Dadaşova uzun illərdir Azərbaycan estradasında özünəməxsus üslubu və fərqli ifaları ilə seçilən sənətçilərdəndir.
Mahnının musiqi və sözləri Temmiyə, aranjimanı isə Kamran Səlimliyə məxsusdur.
Fuad Biləsuvarlı
Mənbə: Azərbaycan.media
