🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Luis Moreno Okamponun Yalanları

Bu material Azərbaycan.media saytı üçün hazırlanıb. 

Azərbaycan.media xəbər verir ki, son illərdə dünyada beynəlxalq hüquq və geosiyasətin kəsişdiyi ən mühüm məsələlərdən biri də baş verən münaqişə və müharibələrə hüquqi qiymətin verilməsidir. Bilirik ki, hüquqi yanaşma dəyişməz olmalıdır, yalnız faktlara və ədalətə söykənməlidir. Amma təəssüflər olsun ki, siyasi yanaşma daha çox şəxsi və dövləti maraqlar prizmasından olur. Azərbaycanla Ermənistan arasında Qarabağ konfliktinə də yanaşma Qərb dairələrində daha çox siyasi konteksdən olub. Ona görə bir çox hallarda qərəzli olur.
Bu kontekstdə Beynəlxalq Cinayət Məhkəməsinin sabiq Baş prokuroru Luis Moreno Okamponun çıxışları və rəyləri də, xüsusilə ölkəmizlə bağlı irəli sürdüyü “soyqırımı” iddiaları da qərəzli və siyasi motivlidir.
Luis Moreno Ocampo 2003–2012-ci illərdə Beynəlxalq Cinayət Məhkəməsinin ilk Baş prokuroru kimi fəaliyyət göstərib. Onun bu dövrdə fəaliyyəti ciddi tənqidlərə məruz qalıb.
Okamponun Qarabağ məsələsi ilə bağlı verdiyi rəylər beynəlxalq hüququn obyektiv prinsiplərinə deyil, daha çox siyasi mövqeyə əsaslanır. O, “soyqırımı” iddiası hüquqi prosedurlar və sübut bazası olmadan irəli sürür. Bununla da beynəlxalq hüququn əsas prinsiplərindən olan “hüquqi neytrallığın” pozulmasıdır.
Okamponun mövqeyi erməni lobbi dairələrinin maraqları ilə üst-üstə düşür. Onun hazırladığı hesabatların sifarişli olması şübhəsizdir. Bu da onun bəzi siyasi dairələrin və erməni lobbisinin təsirində olduğunu göstərir.
Məlumatlara əsasən, Okamponun Ermənistanla əlaqələri və bu ölkəyə səfərləri onun tərəfsizliyini şübhə altına alır. Bu isə beynəlxalq hüquq eksperti üçün ciddi reputasiya riskidir. Həmçinin, araşdırmalara və bəzi Qərb media orqanlarında gedən məlumatlara görə onun ofşor şirkətlərlə əlaqələri və yüksək maliyyə aktivlərinə malikdir. Bu isə onun fəaliyyətində şəffaf olmadığını göstərir.
Okamponun rəhbərlik etdiyi dövrdə Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətinin effektivliyi də tənqid olunurdu. Uzun müddət ərzində məhdud sayda iş üzrə nəticə əldə olunması onun peşəkar fəaliyyətinə kölgə salıb..
Okamponun Qarabağla bağlı mövqeyi yalnız hüquqi deyil, həm də geosiyasi kontekstdə qiymətləndirilməlidir. Onun fikirləri müəyyən beynəlxalq aktorların maraqlarına uyğun informasiya kampaniyalarında istifadə olunur. Bu isə göstərir ki, Okampon kimilər beynəlxalq hüququ bəzən geosiyasi alətə çevrilə bilir və ayrı-ayrı şəxslər və dirələr də bu prosesdə aktiv rol oynayırlar.
Luis Moreno Okamponun fəaliyyəti göstərir ki, bəzi şəxslər öz statuslarından istifadə edərək beynəlxalq hüququ yanıltmağa çalışaraq, qərəzli mövqe sərgiləyə bilərlər. Onun Qarabağ məsələsindəki çıxışları hüquqi obyektivlikdən daha çox siyasi motivlərlə əsaslanır.
Bu baxımdan, onun rəyləri beynəlxalq hüquqi sənəd kimi deyil, siyasi mövqenin ifadəsi kimi qiymətləndirilməlidir.

 

 

Müəllif: Yalçın Hacızadə – hüquqşünas, politoloq 
Mənbə: Azərbaycan.media