Azərbaycan.media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarında müşahidə olunan son vəziyyətlə bağlı məlumat yayıb.
Hazırda Bakının bir sıra əsas küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur:
- Bakı–Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində
- Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində
- Binəqədi şosesi – “Azadlıq prospekti” metro stansiyası istiqamətində
- Mikayıl Müşfiq küçəsi – “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində
- Yusif Səfərov küçəsi – mərkəz istiqamətində
- Heydər Əliyev prospekti – əsas yol, mərkəz istiqamətində
- Heydər Əliyev prospekti – köməkçi yol, mərkəz istiqamətində
- 8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində
- Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində
- 28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək
- Dilarə Əliyeva küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək
Sürücülərə qeyd olunan istiqamətlərdə hərəkət edərkən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Oxundu: 17
