Rusiyada mədəndə faciə: uçqun altında qalanlar var
Azərbaycan.media xəbər verir ki, Rusiyanın Maqadan vilayətində yerləşən kömür mədənində baş verən hadisə nəticəsində insanlar uçqun altında qalıb.
Musavat.com-un məlumatına görə, “Kadıkçan” kömür mədəninin direktoru Aleksandr Nesteroviç bildirib ki, sel nəticəsində dağ süxurları uçub. Hadisənin əsas səbəbi ərazidə buzlağın əriməsi olub.
İlkin məlumata əsasən, uçqun altında həm yerli sakinlər, həm də digər regionlardan olan ümumilikdə 8 nəfərin qaldığı ehtimal edilir.
Hadisə yerində operativ qərargah yaradılıb, vəziyyət videogörüntülər vasitəsilə təhlil olunur. Əraziyə ağır texnika, xilasedicilər və tibbi briqadalar cəlb edilib.
Bundan əlavə, xilasetmə əməliyyatları üçün Mi-8 helicopter helikopteri də hazır vəziyyətə gətirilib.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
