Azərbaycan.media xəbər verir ki, bu il Müstəqillik Günü (28 may) və Qurban bayramı ilə əlaqədar vətəndaşları uzunmüddətli istirahət gözləyir.
Əmək Məcəlləsinə əsasən, bayram günləri üst-üstə düşdükdə növbəti iş günü qeyri-iş günü elan edilir. Bu il Qurban bayramı Müstəqillik Günü ilə eyni tarixə təsadüf etdiyindən, 29 may da istirahət günü olacaq.
Bundan əlavə, 30 may şənbə, 31 may isə bazar gününə düşür.
Beləliklə, 27, 28, 29, 30 və 31 may tarixlərində ardıcıl olaraq qeyri-iş günləri olacaq.
