🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ukrayna Rusiyanın barıt zavodunu vurdu – yanğın baş verdi

Azərbaycan.media xəbər verir ki, Ukrayna ordusu Rusiyanın Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Bu barədə Rusiya Teleqram kanalları xəbər yayıb. Bildirilir ki, dronların əsas hədəfi şəhərdə yerləşən Sverdlov barıt zavodu olub.
Məlumata əsasən, zərbələr nəticəsində zavod ərazisində yanğın baş verib.
Qeyd edək ki, Sverdlov zavodu 100 ildən artıq tarixə malik olmaqla Rusiyanın ən iri partlayıcı maddə istehsal müəssisələrindən biri hesab olunur.