Azərbaycan.media xəbər verir ki, hazırda Bakı metropolitenində 3-cü nəslə aid 36, həmçinin yeni – 4-cü nəslə məxsus daha 36 qatar tərkibi istismar olunur. Bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb.
Bildirilib ki, 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində yeni qatarların alınması istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edilib ki, proqrama uyğun olaraq yeni vaqonların alınması ilə bağlı tender elan ediləcək. Tenderin qalibi müəyyənləşdirildikdən sonra müqavilə imzalanacaq və istehsal prosesinə başlanılacaq. Bununla bağlı yeniliklər olduqca ictimaiyyətə əlavə məlumat veriləcək.
