Azərbaycan.media xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putin ilə görüşmək məqsədilə Moskvada işgüzar səfərdədir.
Paşinyan bu barədə özünün Teleqram kanalında məlumat verib. Ermənistan hökumətinin mətbuat xidməti də əvvəllər baş nazirin aprelin 1-də Rusiyaya işgüzar səfər edəcəyini açıqlamışdı.
Liderlər ikitərəfli məsələlər, həmçinin Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə edəcəklər.
