Azərbaycan.media xəbər verir ki, sərnişin tələbatını ödəmək məqsədilə 4 və 5 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil olunacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, bu tarixlərdə hər iki istiqamət üzrə səfərlər həyata keçiriləcək. Biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.
Qeyd olunub ki, Bakı-Qazax-Bakı marşrutu üzrə də gündəlik səfərlər davam etdirilir.
