Azərbaycan.media xəbər verir ki, göbələk isidildikdə zülal quruluşu pozulur. İlk bişirmədə sabitləşən zülal bağları ikinci dəfə qızdırıldıqda parçalanır və bu, həzm sistemində “yad maddə” təsiri yaradaraq narahatlığa səbəb ola bilər.
Quruluşu pozulmuş zülallar mədə ağrısı, ürəkbulanma və qusmaya yol aça bilər. Bundan əlavə, göbələk yüksək su və zülal tərkibli olduğu üçün bişdikdən sonra tez xarab olur, yenidən qızdırmaq isə mikrobların toksik təsirini artırır. Otaq temperaturunda saxlanılan bişmiş göbələk qaralır və xarab olma prosesi sürətlənir; qızdırma isə bu prosesi “aktivləşdirərək” zərərli maddələrin yaranmasına şərait yaradır.
Təhlükəsiz istifadə tövsiyələri:
Tək dəfəlik bişirin: Yalnız həmin yemək üçün lazım olan qədər göbələk hazırlayın.
Artanı soyuq yeyin: Yenidən qızdırmaq əvəzinə salat və ya qəlyanaltılara əlavə edin.
Təzəlik vacibdir: Göbələk nə qədər təzə istehlak olunarsa, orqanizm üçün bir o qədər faydalıdır.
