Azərbaycan.media xəbər verir ki, Axar.az-ın məlumatına görə, bu fikirləri Reuters-ə açıqlamasında Fransa ordusunun baş komandanı Fabien Mandon Parisdə keçirilən təhlükəsizlik forumunda səsləndirib.
General bildirib ki, ABŞ getdikcə daha gözlənilməz tərəfdaşa çevrilir və bu vəziyyət Avropa ölkələrinin təhlükəsizliyinə birbaşa təhdid yaradır.
Onun sözlərinə görə, rəsmi Paris xüsusilə hərbi əməliyyatların planlaşdırılması və başlanması zamanı Vaşinqton tərəfindən koordinasiyanın olmamasından narazıdır: ABŞ müttəfiq olaraq qalsa da, qərar qəbul edərkən tərəfdaşlarını məlumatlandırmır və bu da Fransa tərəfini təəccübləndirir.
Fabien Mandon vurğulayıb ki, belə yanaşma müttəfiqlər arasında təhlükəsizlik və qarşılıqlı maraqlara ciddi təsir göstərir.
General əlavə edib ki, NATO daxilində əsas tərəfdaşlar arasında etimad zəifləyib. O qeyd edib ki, Fransa və ABŞ uzun illər sıx əməkdaşlıq etsə də, İranda müharibənin başlamasından sonra münasibətlərdə ciddi dəyişikliklər müşahidə olunur. ABŞ-ın strateji qərarları müstəqil şəkildə qəbul etməsi və tərəfdaşlarını əvvəlcədən məlumatlandırmaması narahatlıq doğurur.
