🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Dünyanın ən bahalı avtomobili Malayziyada nümayiş olunub

Azərbaycan.media xəbər verir ki, dünyanın ən bahalı yeni avtomobili olan Rolls-Royce Droptail Malayziyada ictimaiyyətə təqdim edilib.
Məlumata görə, avtomobilin dəyəri 100 milyon ringgitdən (təxminən 30 milyon ABŞ dolları) çoxdur və nadir hallarda ictimaiyyətə görünür. Ötən gün Kuala Lumpur şəhərindəki Cohor Sarayında keçirilən açıq qapı günündə avtomobil sərgilənib.
Avtomobili Sultan İbrahim idarə edib. Qeyd edək ki, “Rolls-Royce Droptail” dünyada yalnız dörd ədəd istehsal olunmuş və hər biri tamamilə fərdi hazırlanmış avtomobildir.