Azərbaycan.media xəbər verir ki, Qafqazinfo-ın məlumatına görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti əməkdaşlarının son bir həftə ərzində keçirdiyi nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Qax rayonu ərazisində bir sıra ağac və kol kəsilməsi faktları müəyyən edilib.
Araşdırma zamanı aşkar olunub ki:
-
Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi 18 – 1 ağac
-
Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi bina 134 – 2 ağac
-
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi 10A – 30 ağac
-
Binəqədi rayonu, Biləcəri qəsəbəsi 53E – 42 ağac
-
Qaradağ rayonu, Bakı-Ələt avtomobil yolu 50-ci km – 13 ağac, 12 kol
-
Sumqayıt şəhəri, 21-ci məhəllə – 6 ağac, 4 kol
-
Sumqayıt şəhəri, dənizkənarı bulvar – 17 ağac
-
Sumqayıt şəhəri, Heydər Əliyev prospekti ilə 20 Yanvar küçələrinin kəsişməsi – 21 ağac
-
Qax rayonu, Zərnə kəndi – 9 ağac
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.
