Azərbaycan.media xəbər verir ki, 2026-cı ilin yanvar ayında Azərbaycana dünyanın 158 ölkəsindən 181,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz artım deməkdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin ölkələr üzrə bölgüsü belə olub:
-
Rusiya Federasiyası – 23,4%
-
Türkiyə – 20,1%
-
İran – 8,5%
-
Hindistan – 5,0%
-
Səudiyyə Ərəbistanı – 4,9%
-
Gürcüstan – 4,8%
-
Pakistan – 3,7%
-
Qazaxıstan – 3,1%
-
Özbəkistan – 2,8%
-
İsrail – 2,7%
-
Küveyt – 2,0%
-
Birləşmiş Ərəb Əmirlikləri – 1,7%
-
Çin – 1,4%
-
Türkmənistan və Ukrayna – hər biri 1,3%
-
Digər ölkələr – 13,3%
Gələnlərin 71,1 faizi kişilər, 28,9 faizi qadınlar təşkil edib.
2025-ci ilin yanvar ayı ilə müqayisədə:
-
Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 41,9% artaraq 7,2 min nəfər,
-
Körfəz ölkələrindən gələnlərin sayı 4,3% artaraq 34,6 min nəfər,
-
MDB ölkələrindən gələnlərin sayı 4,7% artaraq 58,6 min nəfər,
-
Digər ölkələrdən gələnlərin sayı 3,8% artaraq 81,4 min nəfər olub.
Gələnlərin 72,4 faizi hava, 26,3 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
