🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Mahir Emreli uzun fasilədən sonra meydanlara qayıtdı

Azərbaycan.media xəbər verir ki, Almaniyanın 1. FC Kaiserslautern klubunun və Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli uzunmüddətli zədə fasiləsindən sonra yenidən yaşıl meydanlara dönüb.

28 yaşlı forvard II Bundesliqanın XXIII turu çərçivəsində Preußen Münster ilə səfər qarşılaşmasında iştirak edib. Komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşan görüşdə Emreli 88-ci dəqiqədə Naatan Skittanı əvəzləyərək meydana daxil olub.

Qeyd edək ki, Mahir Emreli sonuncu dəfə 2025-ci il noyabrın 8-də II Bundesliqanın XII turu çərçivəsində Hertha BSC ilə keçirilən və 0:1 hesablı məğlubiyyətlə başa çatan oyunda forma geyinmişdi. Hücumçu həmin matçdan sonra zədə səbəbindən uzun müddət komandasına kömək edə bilməmişdi.