🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ-ın İrana mümkün hücumu gündəmdə: qərar hələ verilməyib

Azərbaycan.media xəbər verir ki, ABŞ ordusu bu həftə sonu İrana qarşı hərbi əməliyyata başlamağa hazırdır, lakin hücumun şənbə və ya bazar günündən sonraya təxirə salına biləcəyi istisna edilmir.

Bu barədə CBS News mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, sözügedən informasiya bu gün Donald Trumpa yüksək vəzifəli milli təhlükəsizlik rəsmiləri tərəfindən təqdim olunub. ABŞ prezidenti isə hələlik yekun qərar verməyib.

Mənbənin sözlərinə görə, növbəti üç gün ərzində Pentaqon Yaxın Şərqdəki bəzi əməkdaşlarını ABŞ-a təxliyə etməyi planlaşdırır. Qeyd olunur ki, mümkün hərbi əməliyyatlardan əvvəl aktivlərin və qoşunların yenidən yerləşdirilməsi Pentaqonun standart prosedurudur və bu addım hücumun qaçılmaz olması anlamına gəlmir.

Məlumata görə, son günlər ərzində ABŞ Yaxın Şərq regionuna onlarla qırıcı təyyarə göndərib. Regionda artan hərbi fəallıq isə beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.