Azərbaycan.media xəbər verir ki, Bakı, Sumqayıt və Mingəçevir şəhərlərində, eləcə də Biləsuvar və Bərdə rayonlarında yerləşən keçmiş məcburi köçkün qəsəbələrində fərdi yaşayış evləri və mənzillərin təmir edilməsi planlaşdırılır.
Məlumata görə, bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən tender elan olunub.
Qurum layihənin icrası üçün 451 115,65 manat vəsait ayrılmasını nəzərdə tutur. Təmir işlərinin sözügedən ərazilərdə yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edəcəyi bildirilir.
Oxundu: 3
