🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xəzərin bu ərazisində elektrik kəsiləcək – saat açıqlandı

Azərbaycan.media xəbər verir ki, Bakı şəhərinin Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Məlumat Azərişıq ASC tərəfindən yayılıb.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində aparılacaq təmir işləri ilə əlaqədar olaraq saat 13:30-dan 17:00-dək Buzovna qəsəbəsinin Abşeron küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək.